Sane parladı, ''Qalatasaray'' sevimli rəqibini məğlub etdi

19.10.2025 12:06 18
Dünya futbolu
''Qalatasaray'' Türkiyə çempionatının 9-cu turunda ''İstanbul BŞ''nin qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, Okan Buruk qarşıdan gələn Çempionlar Liqası matçını düşünərək Viktor Osimhen ilə Yunus Akgünü ehtiyatda saxlamışdı. Davinson Sançes isə cəza üzündən oyunu buraxırdı. Buna baxmayaraq ''Cim-Bom'' fanatlarını sevindirdi.

Gəldiyi gündən bəri çox tənqid olunan Leroy Sane nəhayət, özünü yaxşı tərəfdən göstərməyi bacardı. ''Sarı-qırmızılar'' almaniyalı ulduzun qolları sayəsində 2:1 qalib gəldi.

Türkiyə karyerasında ilk dəfə dubl edən Sanenin səfərdə sonuncu dəfə iki qol vurmasına 2023-ün avqustunda rast gəlinmişdi. Həmin vaxt o, ''Bavariya''nın heyətində bundesliqa çərçivəsində ''Verder''lə səfər oyununda bu uğuru yaşamışdı. İstanbul nəhəngi 9 turdan sonra xalını 25-ə yüksəldərək inamla liderliyini davam etdirdi.

''Qalatasaray''ın Türkiyə çempionatı çərçivəsində məğlubiyyətsiz seriyası 17, səfərdəki qələbə seriyası isə 9 oyuna yüksəldi. Okan Burukun sabiq komandası olan ''İstanbul BŞ'' onun ''Qalatasaray''ı üçün ən rahat rəqiblərdən biridi. Belə ki, ''Cim-Bom'' bu məşqçinin başçılığı altında başakşəhərlilərə qarşı keçirdiyi 7 superliqa matçının hamısından qalib ayrılıb.

Turnirin tarixində ''İstanbul BŞ''ni ardıcıl 7 oyunda məğlub edən kollektiv olmamışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul