Kiyev “Dinamo”su baş məşqçi Aleksandr Şovkovskini istefaya göndərib. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasının liqa mərhələsinin 5-cü turunda Cənubi Kiprdə “Omoniya”ya 0:2 hesablı məğlubiyyətdən sonra belə qərar verilib. “Dinamo” bu turnirdə keçirdiyi 4 oyunun üçündə uduzub və yalnız birində qalib gəlib. Komanda hazırda 3 xalla 27-ci yeri tutur. “Ağ-mavilər” Ukrayna premyer-liqasında 13 turdan sonra 20 xalla 7-ci yerdədilər.
Şovkovski “Dinamo”nun baş məşqçi postunda 2023-cü ilin noyabrında Mirça Luçeskunu əvəzləmişdi. Klubun əfsanəsi sayılan sabiq qapıçı futbolçu kimi 24 il (1992-2016) “Dinamo”da çıxış edib və 426 oyunda meydana çıxıb. O, baş məşqçi kimi də debütünü 2023-cü ildə “Dinamo”da etmişdi.