Aleksandr Şovkovski doğma klubuna qayıdıb.
Football-plus.az xəbər verir ki, o, yenidən “Dinamo”da işləyəcək.
Kiyev klubunun saytının yaydığı xəbərdə 48 yaşlı sabiq qolkiperin baş məşqçi Mirça Luçeskunun rəhbəri olduğu məşqçilər heyətinə daxil edildiyi bildirilib.
Qeyd edək ki, Şovkovski 1993-cü ildə debüt etdiyi “Dinamo”da 24 mövsüm keçirib. Bu müddətdə komandada 635 rəsmi oyuna çıxıb. Onun 2018-22-ci illərdə Ukrayna yığmasında baş məşqçinin köməkçisi olduğunu da xatırladaq.