Raul Qonsales yeni təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, bundan sonra “Ovyedo”nu çalışdıracaq. İspaniya klubunun rəsmi saytının xəbərinə görə, 49 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Raul baş məşqçi vəzifəsində Xulian Fernandes Kaleronu əvəzləyib.
“Real”ın əfsanələrindən sayılan keçmiş hücumçu Madrid klubunun heyətində keçirdiyi 741 oyunda 323 qol vurub. Raul məşqçilik karyerasına məhz bu klubda başlayıb: 2019-25-ci illərdə klubun əvəzedicilərdən ibarət “Kastilya” komandasına başçılıq edib.
“Ovyedo” ötən mövsüm La Liqanı sonuncu pillədə başa vurmaqla 2-ci diviziona düşüb. Komanda hazırda La Liqa 2-də 13 turdan sonra 21 xalla 9-cu yeri tutur.
“Real”ın əfsanəsi yeni təyinat aldı
Dünya futbolu



