Xorvatiya macərası cəmi 3 ay çəkdi

10.04.2025 23:57 9
Dünya futbolu
Fabio Kannavaronun “Dinamo” macərası yalnız 3 ay çəkib.

Xorvatiya klubu onu baş məşqçi vəzfəsindən istefaya göndərib. Zaqreb təmsilçisinin rəsmi saytının məlumatına görə, Xorvatiya çempionatının son turunda “İstra”ya 0:3 hesablı  məğlubiyyət rəhbərliyin qərarını qətiləşdirib.

51 yaşlı mütəxəssis “Dinamo”nu bu ilin yanvar ayından çalışdırırdı. Komanda Kannavaronun  rəhbərliyi altında keçirdiyi 14 rəsmi oyunda 7 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 5 dəfə isə məğlub olub. “Dinamo” hazırda Xorvatiya çempionatında 46 xalla 3-cü yeri tutur.