Mahirli “Dinamo” Çexiya klubuna yenə uduzdu

10.11.2023 14:53 213
Dünya futbolu
Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su Konfrans Liqasının qrup mərhələsində dördüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Çexiya klubu “Viktoriya”nın qonağı olub.

Oyun “Dinamo”nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Dinamo” hazırda 3 xalla qrup sonuncusudu.