“Dinamo”nun yeni baş məşqçisi müəyyənləşib.
Zaqreb klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, komandanı bundan sonra Nenad Byelitsa çalışdıracaq. Xorvatiyalı mütəxəssis bu vəzifədə Sergey Yakiroviçi əvəzləyib. 53 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. Byelitsa “Dinamo”nu 2018-20-ci illərdə də çalışdırıb.
Xatırladaq ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Xorvatiya çempionu Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Bavariya”ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra Yakiroviç istefaya göndərilmişdi.