Kiyev “Dinamo”su Ukrayna çempionatının son oyununda qalib gəlsə də, klubda Mirça Luçeskunun səhhətinə görə narahatlıq yaranıb.
"Football-plus.az" xəbər verir ki, “Minay”la oyun zamanı baş məşqçinin halı pisləşib.
Yerli mənbələrin yaydığı xəbərə görə, “Dinamo”nun 2:0 hesabıyla qalib gəldiyi matçdan sonra rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib. Onun qarşıdakı oyunlarda komandaya başçılıq edib-etməyəcəyi sual altındadı.
Qeyd edək ki, Luçesku “Dinamo”nu 2020-ci ildən çalışdırır. Onun komandası hazırda premyer-liqada 20 oyuna 39 xalla 4-cü yeri tutur.