Afrika Millətlər Kubokunun seçmə mərhələsində 3-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, "Sabah"ın hücumçusu Coy-Lens Mikelsin formasını geydiyi Ruanda millisi Malinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mikels də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 32 yaşlı vinger 88-ci dəqiqədə əvəzlənib.
3 turdan sonra 6 xal toplayan Ruanda qrupda 2-ci yerdədi.
Mikels Maliyə uduzdu
Dünya futbolu





