Türkiyə klubunda 2023-dən çalışan məşqçi istefa verdi

29.11.2025 22:53 21
Dünya futbolu
Türkiyə çempionatında şənbə günü 14-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma istefaya səbəb olub.

Belə ki, ''Çaykur Rizəspor''un baş məşqçisi İlhan Palut evdə ''Kayserispor''a minimal hesablı məğlubiyyətdən ardından keçirilən mətbuat konfransında öz istəyilə klubdan ayrıldığını açıqlayıb. Təcrübəli mütəxəssis məğlubiyyətə görə məsuliyyəti üzərinə götürərək komandanın yeni nəfəsə ehtiyac duyduğunu bildirib.

Ötən tur Rizə təmsilçisi evdə ''Fənərbaxça'' ilə oyunda 2:0 öndə olmasına rəğmən yekunda 2:5 hesablı darmadağına məruz qalmışdı. Son 3 turda qələbəsi olmayan ''Çaykur Rizəspor'' 14 tura topladığı 14 xalla 12-ci pillədə qərarlaşıb. Daha öncə ''Hatayspor'', ''Göztəpə'' və ''Konyaspor''u çalışdırmış 49 yaşlı Palut 2023-ün yayından rizəlilərin başında idi. Klub onun başçılığı altında keçirdiyi 96 rəsmi oyundan 37 qələbə, 17 heç-heçə, 42 məğlubiyyətlə ayrılmış oldu.

Bununla da cari mövsüm superliqada məşqçi dəyişikliyinə gedən klubların sayı 12-yə yüksəldi. Halbuki hələ heç ilk dövrə də tamam olmayıb!

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul