Kurban Berdıyev fiaskonu necə izah etdi? - "müəyyən səbəblər var..."

19.01.2025 18:27 1 017
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 19-cu tur matçında "Kəpəz"ə böyük hesabla uduzdu - 2:5.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Fikirləşirəm ki, "Kəpəz" layiqli qələbə qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm. Planlarımızı həyata keçirə bilmədik.

- Son 8 matçda cəmi 1 qələbə... Səbəbi nəylə izah etmək mümkündü?
- Təbii ki, müəyyən səbəblər var. Məsələn, bu gün heçnə alınmadı. Qalan oyunlara gəlincə, həm heç-heçə etmişik, həm də uduzmuşuq. Hamısının səbəbləri müxtəlifdi.

- Orxan Əliyevdə nə gördüz?
- O, yaxşı futbolçudu. İnanıram ki, komandaya uyğunlaşdıqdan sonra özünü yaxşı tərəfdən göstərəcək.

- Ehtiram Quliyev bir neçə gün öncə bildirdi ki, Kurban Berdıyev komandanı avrokuboklara aparacağına söz verib. Bu məqam futbolçuların üzərində təzyiq yaratdı?
- Yox. Biz səhvlərimizdən nəticə çıxarıb yolumuza davam etməliyik.

- Müdafiə xəttindəki xaotik vəziyyətin səbəbi nə idi?
- Bundan xəbərdarıq. Lakin standart vəziyyətlərdən bu qədər qol buraxacağımızı düşünmürdük. Ona görə ki, məhz bu məqamın üzərində çox çalışırdıq.

KƏNAN BAHADIR