Afrika Futbol Konfederasiyası 2023-cü ildə qitədə ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Təkilatın saytının məlumatına görə, siyahıya 30 futbolçu daxil edilib. Onların arasında Riyad Mahrez (Əlcəzair, “Əl-Əhli”), Məhəmməd Salah (Misir, “Liverpul”), Əşrəf Hakimi (Mərakeş, PSJ), Hakim Ziyeş (Mərakeş, “Qalatasaray”), Sofyan Amrabat (Mərakeş, “Mançester Yunayted”), Yassin Bunu (Mərakeş, “Əl-Hilal”), Viktor Osimhen (Nigeriya, “Napoli”) və Sadio Mane (Seneqal, “Əl-Nəssr”) kimi tanınmış oyunçular var. Bu və digər nominasiyalar üzrə qaliblər dekabrın 11-də elan olunacaq.
Yeri gəlmişkən, 2022-ci ildə Afrikada ilin ən yaxşı futbolçusu adını Mane qazanıb.