Asiyada hamını arxada qoydu

19.10.2025 12:02 6
Dünya futbolu
Asiyada ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada PSJ-nin oyunçusu Li Kan İn qalib gəlib.

Bu haqda Asiya Futbol Konfederasiyasının saytı məlumat yayıb. Koreya yığmasının üzvü ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, PSJ ilə Çempionlar Liqası, Fransa Liqa 1-i, Fransa kuboku və Fransa Superkubokunun qalibi olub.

Onu da qeyd edək ki, Li “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Park Ci Sundan sonra Çempionlar Liqasında qalib gələn ikinci koreyalı futbolçudu.