Afrikada ilin ən yaxşı futbolçusu seçildi

12.12.2023 14:54 180
Dünya futbolu
Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Napoli”nin hücumçusu Viktor Osimhen qalib gəlib.

Mükafatlandırma mərasimi dekabrın 11-də Mərakeşdə keçirilib. Qeyd edək ki, nigeriyalı hücumçu ötən mövsüm “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə edib. Osimhen mükafat uğrunda mübarizədə “Liverpul”un hücumçusu Məhəmməd Salah və PSJ-nin müdafiəçisi Əşrəf Hakiminu qabaqlayıb.

Ən yaxşı məşqçi üçün ayrılan mükafata Mərakeş yığmasını 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxaran Valid Reqraqi layiq bilinib. Ən yaxşı qapıçı kimi “Əl-Hilal”ın mərakeşli futbolçusu Yasin Bunu seçilib.

Xatırladaq ki, 2022-ci ildə “ən yaxşı oyunçu” nominasiyasında seneqallı Sadio Mane qalib gəlmişdi.