Milan derbisində oynaya bilməyəcək

20.11.2025 20:20 5
Dünya futbolu
“İnter” A seriyasının 12-ci turunun “Milan”la matçına ciddi itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Denzel Dyumfris derbidə iştirak etməyəcək. 29 yaşlı müdafiəçi Niderland yığmasının düşərgəsində zədələnib. Onun Çempionlar Liqasında “Atletiko” ilə səfər matçını buraxmaq ehtimalı da var.

“İnter” – “Milan” oyunu noyabrın 23-də keçiriləcək. Kristian Kivunun komandası noyabrın 28-də “Atletiko”nun qonağı olacaq.