“Milan”ın hücumçusu Olivye Jiru, çox güman, Fransa yığmasının düşərgəsində aldığı zədəni sağalda, “İnter”lə derbidə iştirak edə biləcək.
"Football-plus.az" xəbər verir ki, 36 yaşlı futbolçunun bərpa prosesi gözləniləndən yaxşı gedir. Onun AÇ-2024-ün seçmə mərhələsinin sentyabrın 7-də keçirilən Fransa – İrlandiya oyununun 26-cı dəqiqəsində zədələndiyini, ardından yığmanın düşərgəsini tərk edərək “Milan”ın bazasında fərdi proqram əsasında çalışdığını xatırladaq.
A seriyasının 4-cü turunun “İnter” – “Milan” oyunu sentyabrın 16-da keçiriləcək.