Vacib oyunu buraxacaq

18.11.2023 22:07 187
Dünya futbolu
“İnter”in müdafiəçisi Alessandro Bastoni bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, o, İtaliya millisinin məşqi zamanı sıradan çıxıb. Bu səbəbdən Alessandronun AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Ukraynaya qarşı oyunları buraxacağı açıqlanıb. Bastoni azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

O, zədə səbəbindən A seriyasının “Yuventus” – “İnter” matçında iştirak edə bilməyəcək. Vacib oyun noyabrın 26-da keçiriləcək.