Mayk Menyanın səhhəti ilə bağlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın Çempionlar Liqasının “Liverpul” ilə oyununda (1:3) zədələnən qapıçısı müayinədən keçib. 51-ci dəqiqədə meydanı tərk edən fransalı futbolçunun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib. Maykın dizinin xaçvarı bağları xəsarət almayıb. Buna baxmayaraq, onun “İnter” ilə oyunu buraxacağı istisna edilmir.
Milan derbisi sentyabrın 22-də keçiriləcək. “İnter” hazırda İtaliya çempionatında 8 xalla 3-cü, “Milan” isə 5 xalla 10-cu yerdədi.