Çempionlar Liqasının qrup mərhələsində “Napoli” “Reyncers”i 3:0 hesabı ilə məğlub etdi.
"Football-plus.az" xəbər verir ki, bununla da Neapol təmsilçisi ardıcıl qələbə sayına görə klub rekordu müəyyənləşdirdi. İtaliya klubu cari mövsümdə keçirdi 16 oyunun 14-də qalib gəlib, 2-də heç-heçə edib. Spallettinin komandası sonuncu dəfə avqustun 31-də qələbə qazana bilməyib – “Fiorentina” ilə oyun 0:0 bitib. Komanda həmin vaxtdan bəri bütün turnirlərdə keçirdiyi 12 oyunun hamısında qələbə qazanıb, top fərqi isə 36:10-du. “Napoli” bununla da 1986-cı ilə aid klub rekordunu yenilədi.
Onda Maradonanın şərəfini qoruduğu komanda aprel – sentyabr aralığında 11 qələbə qazanmışdı.