"Napoli" Lukakunu ÇL-nin heyətindən kənarlaşdırdı

3.09.2025 11:02 34
Avrokuboklar
"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın "Napoli" klubu futbolçusu Romelu Lukaku bu mövsüm iştirak ərizəsinə daxil etməyib.

"Football-plus.az" Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı hücumçunun zədələnməsidi.

Belçikalının adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. Klub forvardın əvəzinə "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

"Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.