Dieqo Maradona sözünü dedi:

18.03.2023 18:56 276
Dünya futbolu
“Napoli”nin və Argentina yığmasının əfsanəvi hücumçusu, mərhum Dieqo Maradonanın eyniadlı oğlu atasının daşıdığı nömrənin gürcü xavbek Xviça Kvaratsxeliyaya verilməsi ideyası haqda danışıb.

“Football-plus.az” xəbər verir ki, kiçik Dieqo belə deyib:

“Kvaratsxeliyaya “10” nömrə? İnsinye haqda dediklərimi yenə təkrarlayıram. Onda ümid edirdim ki, “10” ona qismət olacaq, indi isə istəyirəm ki, həmin forma nə vaxtsa “Napoli”nin indiki “77” nömrəsinə çatsın. Kvara böyük futbolçudu, çox güclüdü, ancaq “10” nömrəli forma adamın üzərinə öhdəlik qoyur”.


23 yaşlı gürcü cari mövsümdə “Napoli”nin heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 29 oyunda 13 qol vurub, 15 məhsuldar ötürmə verib. Pnun komandası hazırda 68 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisini 18 xal qabaqlayır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul