Maradonaya heykəl qoyuldu

1.11.2022 15:34 299
Dünya futbolu
“Napoli” rəhbərliyi Dieqo Maradonanın adının əbədiləşdirilməsi üçün növbəti layihəni həyata keçirib.

Football-plus.az xəbər verir ki, əfsanəvi futbolçuya heykəl qoyulub.

Abidə klubun Argentina yığmasının sabiq hücumçusunun adını daşıyan stadionda ucaldılıb. Açılış mərasimi A seriyasının “Napoli” – “Sassuolo” matçından (4:0) əvvəl təşkil edilib. Heykəlin ən diqqətçəkən yönü Maradonanın sol ayağının qızılı rəngdə olmasıdı.

Xatırladaq ki, 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edən DÇ-1986-nın qalibi İtaliya klubunda 1984-91-ci illərdə çıxış edib. “Napoli” İtaliyada iki çempionluğu məhz onun dövründə qazanıb. Komanda ölkə kuboku və Superkubokunda, həmçinin UEFA Kubokunda da qalib olub.