Həmkarlarını qabaqladı

10.11.2025 19:59
Dünya futbolu
İtaliya çempionatının yüksək liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

A Seriyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, bu ada “Roma”nı çalışdıran Can Pyero Qasperini layiq görülüb. Onun komandası oktyabrda A seriyasında keçirdiyi 4 oyundan 3-də qalib gəlib, 1-də uduzub.

Qeyd edək ki, Qasperini “Roma”ya bu yay təyinat alıb.