A seriyasında 900 xala çatdı, 4-cü oldu

10.10.2024 18:59 290
Dünya futbolu
İtaliya A seriyasının 7-ci turu Can Pyero Qasperini üçün əlamətdar olub.

Onun çalışdırdığı “Atalanta” evdə “Cenoa”nı 5:1 hesabı ilə məğlub edib. Qasperini inamlı qələbə sayəsində İtaliya çempionatında 900 xal həddinə çatan 4-cü məşqçi olub. 66 yaşlı mütəxəssis bu nəticəyə 568 matçda imza atıb.

Qasperini bu planda Karlo Ançelotti (488 matçda 950 xal), Luçano Spalletti (559 matçda 996 xal) və rekordçu Massimiliano Alleqridən (506 matçda 1012 xal) geri qalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul