Bütün həmkarlarını arxada qoydu

14.12.2024 20:36 354
Dünya futbolu
İtaliya A seriyasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Qurumun mətbuat xidmətinin məlumatına görə, bu ada “Atalanta”nı çalışdıran Can Pyero Qasperini layiq görülüb.

Onun komandası noyabrda “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib. Qeyd edək ki, seçimdə dekabrın 2-də keçirilən “Roma” ilə oyunun (2:0) nəticəsi də nəzərə alınıb.