İtaliya çempionatında oktyabrın ən yaxşı məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “İnter”in baş məşqçisi Simone İnzaqi qalib gəlib. Onun çalışdırdığı “İnter” ötən ay “Torino” (3:0) və “Roma” (1:0) üzərində qələbə qazanmış, “Bolonya” ilə heç-heçə (2:2) etmişdi. İnzaqinin komandası ölkə çempioatında 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. qeyd edək ki, İnzaqi karyerasında ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilib.
Oktyabrda bütün həmkarlarını qabaqladı
Dünya futbolu



