Oyun zamanı öldü

5.11.2025 11:34 8
Dünya futbolu
Serbiya çempionatının 14-cü turunda keçirilən “Mladost Luçani” – “Radniçki” matçı zamanı faciə baş verib.

"Football-plus.az" xəbər verir ki, qonaq komandanın baş məşqçisi Mladen Jijoviç dünyasını dəyişib. Gün ərzində ürək bulanmasından şikayətlənən Jijoviç matç zamanı da özünü pis hiss edib. 44 yaşlı mütəxəssis qışqıraraq yıxılıb və huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olublar. Hakim oyunu 41-ci dəqiqədə dayandırıb. Baş məşqçi isə huşunu itirdikdən təxminən 20 dəqiqə sonra dünyasını dəyişib.

İlkin məlumatda Jijoviçin ürəyinin dayandığı bildirilib. Xəstəxanaya aparılan mütəxəssisə müdaxilələr edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün rəsmi səbəbi isə hələ açıqlanmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul