DÇ-2022-nin ikinci turunda İranla matçı izləyən Uels yığmasının bir azarkeşi oyun zamanı dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
62 yaşlı azarkeş oyuna oğlu və dostları ilə gəlib. Matç zamanı uelsli fanat təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Uels millisi sözügedən görüşdə İrana 0:2 hesabı ilə uduzub.
Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi
DÇ 2026


