Yaşıl meydanda ölüm...

7.03.2023 17:56 228
Dünya futbolu
Kot d’İvuar futbolunda faciə baş verib.

"Football-plus.az" xəbər verir ki, “Rasinq Abican”ın oyunçusu Mustafa Sulla oyun zamanı dünyasını dəyişib.

21 yaşlı müdafiəçi yüksək liqanın SOL ilə keçirilən matçı (3:1) zamanı özünü pis hiss edib. Yerə yıxılan futbolçu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilib. Bəxtsiz Mustafa “Rasinq Abican”a 2022-ci ilin sentyabrında transfer olunmuşdu.