Yaşıl meydanda ölüm...

13.09.2023 11:35 226
Dünya futbolu
Yunanıstan futbolunda faciə baş verib.

"Football-plus.az" xəbər evrir ki, həvəskar səviyyəli “Eptalofos” və “Europos” komandaları arasında keçirilən oyun zamanı 33 yaşlı futbolçu Timoteos Karasavvidis dünyasını dəyişib.

O, 37-ci dəqiqədə huşunu itirib. Yarımmüdafiəçiyə ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn təcili yardım xidməti onu yerli xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, Timoteos dünyasını dəyişib...