“Rəqib komandanın məşqçiləri yığma haqda danışmağıma etiraz edir - Ayxan Abbasov

2.11.2025 18:36 33
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 10-cu turunda “Şamaxı” səfərdə “Turan Tovuz”a məğlub oldu - 2:1.

“Football-plus az” “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Çətin oyun oldu. Ağır meydançada xarakter göstərmək lazımdı. Hər iki komanda bir xala layiq idi. Təəssüf ki, iki epizoddan istifafə edə bilmədik. Rəqibin geniş heyəti var. Tovuzlu azarkeşləri təbrik edirəm.

- Sizcə, bu meydançada oynamaq tez deyildi?
- Meydança onu istəyirdi. Meydançaya da heyfim gəldi. Əziyyət çəkiblər. Qorxu o idi ki, zədə ola bilərdi.

- “Turan Tovuz” üç xala layiq deyildi?
- Sözümdən söz çıxarırsan. Dedim ki, hər iki komanda bir xala layiq idi.

- Andrey Tırkovyanunun yeri görünür…
- Ağırdı zədəsi. Əməliyyat oluna da bilərdi. Edqar Adilxanov qayıtdı. Qarşıdan U-21-in oyunu gəlir. İstədim ona da hazır olsun.

- Yığma barədə…
- (jurnalistin sözünü kəsir) Milli haqda danışmayacam. Rəqib komandanın məşqçiləri buna etiraz edir.

- Əvvəlki süni yaxşı idi, yoxsa belə təbii?
- Bura yaxşı olacaq. Gördükləri işə qiymət verək. Milli fasilədən sonra oynanılsa, daha yaxşı olardı. Sevinirəm ki, burda təbii ot oldu. Futbolumuza lazımdı. Bu gün böyük iş görüblər.

MÜZƏFFƏR QULUZADƏ