"Kəpəz" Misli premyer-liqasının 11-ci turunda səfərdə "Turan Tovuz"a məğlub oldu - 0:4.
"Football-plus.az" xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin gürcüstanlı yarımmüdafiəçisi Giorgi Papunaşvili "instaqram" hesabında məğlubiyyətlə bağlı paylaşım edib:
"Bugünkü oyunla bağlı hisslərimi bildirmək və azarkeşlərdən üzr istəmək istərdim. Heç bir futbolçu bu gün komandanın şərəfini qorumağa layiq deyildi. Bircə onu deyə bilərəm ki, qarşıda bu çətin anda dəstəyinizə çox ehtiyac duyduğumuz oyunlar var".
Qeyd edək ki, "sarı-göylər" hazırda 11 turdan sonra topladığı 6 xalla 10-cu yerdədi.