“Abşeron Lions” basketbol komandası Avropa Kubokunun 1-ci təsnifat mərhələsinin cavab oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, basketbolçularımızın rəqibi Cənubi Kiprin “Anortosis” klubu olub. Oyun 77:60 hesabı ilə kiprlilərin xeyrinə başa çatıb.
Komandalar arasındakı sentyabrın 24-də keçirilmiş ilk görüş 86:73 hesabə ilə “Abşeron Lions”un xeyrinə başa çatmışdı. İki görüşün nəticəsinə görə, Azərbaycan klubu məğlub olsa (149:150) da, Avropa Kubokunun qrup mərhələsinə düşə bilib.