“Abşeron Lions” FIBA Avropa Kubokunun 1-ci qrupunda ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan klubu ilk turda Estoniyanın “Kalev” komandasını qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş qonaq komandanın 85-93 (21-32, 22-19, 17-22, 25-20) hesablı qələbəsi ilə başa çatıb.
1-ci qrupun ilk görüşündə "Neftçi" Polşada "Trefl"ə uduzub - 63:92.