La Liqada hamını arxada qoydu

4.05.2024 16:30 153
Dünya futbolu
İspaniya La Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyada “Betis”in yarımmüdafiəçisi İsko qalib gəlib. O, fərdi mükafat uğrunda mübarizədə Vinisius Junior (Real), Yaqo Aspas (Selta), Yusef Ən-Nəsiri (Sevilya) və Savionu (Jirona) qabaqlayıb.

İsko cari mövsümdə La Liqada 27 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. O, apreldə 1 məhsuldar ötürmənin müəllifi olub.