Asiyada 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə məlumatı Asiya Futbol Konfederasiyası yayıb.
İlin ən yaxısı adına “Bavariya”nın və Koreya yığmasının oyunçusu Kim Min Ce layiq görülüb. Mərkəz müdafiəçisi “Tottenhem”də çıxış edən həmyerlisi Son Hın Mini və “Brayton”un yaponiyalı yarımmüdafiəçisi Kaoru Mitomanı arxada qoyub.
Xatırladaq ki, Kim 2022/23 mövsümündə “Napoli” ilə İtaliya çempionluğunu qazanıb. O, bu mövsüm “Bavariya”nın formasında bundesliqada 9 oyun keçirib.