“Apple” ESPN-dən daha çox pul təklif edir

18.10.2025 21:42 7
İdman
Dünya çempionatının ABŞ mərhələsində “Formula-1” ilə “Apple” arasında razılaşma elan oluna bilər.

“Apple” Ostində keçiriləcək qarşıdakı mərhələdə “Formula-1”in ABŞ-də yayın hüququnu əldə etdiyini təsdiqləyəcək. Paket təxminən 140 milyon dollar dəyərində qiymətləndirilir - bu, hazırkı yayınçı ESPN-in ödədiyindən xeyli çoxdu.

Bununla belə, “Formula-1”in öz xidməti olan “F1 TV” ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadı. Onun “Apple”ın yayınlarından sonrakı taleyi hələ də qeyri-müəyyən qalır.

Xatırladaq ki, ABŞ mərhələsi oktyabrın 19-da keçiriləcək.