MBA ilə bağlı başqa xəbər də var.
Football-plus.az xəbər verir ki, qurum oyunların internetdə striminq yayınını satmaq imkanını nəzərdən keçirir. Eksklüziv yayın hüququ uğrunda mübarizənin “Amazon” ilə “Apple” arasında gedəcəyi gözlənilir.
Çox güman, MBA-nın striminq yayınını ələ keçirmək uğrunda mübarizə mövsüm üçün 1 milyard dollar qiymətindən başlayacaq. MBA uzunmüddətli müqavilə ilə bağlı qarşıdakı danışıqlarda ümumilikdə 50-75 milyard dollar qazanacağına ümid edir.
İndi qüvvədə olan 24 milyard dollarlıq, 9 illik müqavilə ESPN və “Turner Sports” ilə 2014-də imzalanıb və 2016-da qüvvəyə minib. Bu müqavilənin müddəti 2024/25 mövsümünün sonunda bitəcək.