“Bloomberg” dünən axşam maraqlı xəbər yayıb.
Belə ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Formula-1”i dünya çempionatının hazırkı sahibi olan “Liberty Media”dan almaq istəyib. Fond “Liberty Media”ya “Formula-1”in səhmlər paketini ələ keçirmək üçün 20 milyard dollar təklif edib. Ancaq qurum təklifi yaxın buraxmayıb. Danışıqların gedişində “Formula-1”in indiki sahibləri gələcəkdə onu satmaq fikrinə düşətsə, ərəblərin öncəlik hüququ tanınıb.
Xatırladaq ki, amerikalı biznesmen Con Melouna məxsus olan “Liberty Media” şirkəti 2017-ci ildə “Formula-1”i 4,4 milyard dollara alıb. İndi onun bazar qiyməti 15,2 milyard dollar qiymətləndirilir.