“Sunday Times South Africa” bununla bağlı yazı hazırlayıb:
“Cənub Afrikada yarış keçirmək üçün milyardlarla rand tələb olunur, hökumət kisənin ağzını açmalıdı. Hərçənd yarışı keçirmək üçün ödənilən pul yalnız aysberqin zirvəsidi. Yarışın təşkili, çox güman, 500 milyon randa (27,3 milyon dollar – red.) başa gələcək. Hərçənd yekun məbləği “Formula-1”in sahibi olan “Liberty Media” müəyyənləşdirəcək”.
Xatırladaq ki, 1994-cü ildən bəri Afrikada “Formula-1” yarışları keçirilmir.



