Memfis Depay artıq “Barselona”da qalmaq istəmir.
Football-plus.az xəbər verir ki, o, tezliklə iş yerini dəyişməkdə qərarlıdı. Niderlandlı hücumçu rəhbərlikdən növbəti dəfə onun üçün klub tapmağı xahiş edib. Memfis oyun praktikası sarıdan korluq çəkdiyi üçün komandadan ayrılmağı düşünür.
Son xəbərlərdə onun gələn ilin yanvarında “Tottenhem”ə və ya “Mançester Yunayted”ə yollana biləcəyi qeyd edilir.