Gözlənilən keçid rəsmiləşib.
“Atletiko”dan ayrılan Memfis Depayın yeni klubu rəsmən açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. O, bundan sonra “Korintians”da top qovacaq. Niderlandlı hücumçu artıq Braziliya klubunda tibbi müayinədən uğurla keçib. Depayın “Korintians”la müqaviləsinin müddəti 2026-cı ilə qədər olacaq.
Onun karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion” və “Barselona”da oynadığını xatırladaq. Təcrübəli futbolçu Niderland yığmasında 98 oyuna 46 qol vurub.