Kuman geri qayıda bilər

21.03.2022 23:00 538
Dünya futbolu
Ronald Kuman əvvəlki iş yerinə qayıda bilər.

59 yaşlı mütəxəssis Niderland Kral Futbol İttifaqı (NKFİ) ilə danışıq aparır. Onun Niderland yığmasını yenidən çalışdırmaq şansı var. Milli komandanın hazırkı baş məşqçisi Lui van Qalın NKFİ ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq. Onu yığmada Kumanın əvəzləmək ehtimalı yüksək dəyərləndirilir.

Xatırladaq ki, Kuman milli komandanı 2018-20-ci illərdə çalışdırıb. 2020-ci ildə “Barselona”ya təyinat alan niderlandlı bu klubdan ötən ilin oktyabrında istefaya göndərilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul