“İmişli” ilə oyundan sonra istirahət edən “Araz-Naxçıvan” məşqlərini bu gün bərpa edəcək.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün və sabahkı məşqlərdən sonra komanda Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyununda gücünü sınayacaq.
Rəqib 1-ci liqanın lideri “Şəfa” olacaq. Görüş oktyabrın 10-da, BOS-nin ehtiyat meydanında keçiriləcək və saat 15.00-da start götürəcək.
"Araz-Naxçıvan" "Şəfa" ilə qarşılaşacaq
Ölkə futbolu






