Millimizin Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli premyer-liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” klubu yoxlama görüşündə gücünü sınayacaq.
"Football-plus.az" xəbər verir ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.
Matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.