"Araz-Naxçıvan” məşqlərə start verdi

7.09.2023 16:50 250
Ölkə futbolu
“Kəpəz”lə oyundan sonra 3 gün istirahət edən “Araz Naxçıvan” bu gündən məşqlərini bərpa edib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı təmrinlərin yerinə yetirilməsinə həsr olunub.

Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb. “Araz Naxçıvan” sabah 2 məşq keçəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul