De Byazinin mətbuat konfransının vaxtı

7.09.2023 11:13 228
Yığma
AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyunu öncəsi komandaların son məşqinin və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, hər iki tərəfin qarşılaşmadan bir gün əvvəlki məşq prosesi və baş məşqçilərin mətbuat konfransı “Dalğa Arena”da təşkil olunacaq.

Əvvəlcə sabah Belçika yığması saat 12.45-də ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. Baş məşqçisi Domeniko Tedesko saat 14:00-da media önünə çıxacaq.

Saat 17.30-da isə millimizin çalışdırıcısı Canni de Byazinin mətbuat konfransı olacaq. Bundan yarım saat sonra komandamız məşqə başlayacaq.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17.00-da başlayacaq.