Millimizin Estoniyadakı açıq məşqinin vaxtı bəlli oldu

11.10.2023 10:52 210
Yığma
AÇ-2024-ün seçmə mərhələsində səfərdə Estoniya ilə üz-üzə gələcək millimizin oyundan əvvəl keçiriləcək mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi oktyabrın 12-də, Bakı vaxtı ilə saat 19.00-da Tallindəki “Le Kok Arena”da media nümayəndələrinin suallarını cavablandıracaq. 19.30-da isə komandanın mətbuat üçün açıq məşqi gerçəkləşəcək.

Həmin gün, Bakı vaxtı ilə saat 17.15-də meydan sahiblərinin baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı baş tutacaq, 18:00-da isə açıq məşq olacaq.

Qeyd edək ki, oktyabrın 13-də reallaşacaq Estoniya - Azərbaycan matçı saat 20.00-da start götürəcək.