"Qarabağ"ın "Elfsborq"la oyundan öncə mətbuat konfransı və açıq məşqinin vaxtı

11.12.2024 10:52 295
Avrokuboklar / Avropa Liqası
Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək “Elfsborq” (İsveç) – “Qarabağ” matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı və komandanın açıq məşqinin vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, mətbuat konfransı bu gün, Bakı vaxtı ilə saat 21.40-da baş tutacaq.

Saat 22.00-da isə ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq başlayacaq.

Qeyd edək ki, dekabrın 12-də keçiriləcək “Elfsborq” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.