İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı

14.11.2023 10:10 216
Yığma
Bakıda AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyunundan əvvəl mətbuat konfranslarının vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, noyabrın 15-də, saat 14.45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16.00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Həmin gün saat 18.00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21.00-da start götürəcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdü.